JMC-nin Grand Avenue Pro modeli Azərbaycan bazarında təqdim olunub. Pikapın texniki quruluşunda performans, dartma qabiliyyəti və yükdaşıma imkanlarını bir araya gətirən həllər tətbiq edilib.
Grand Avenue Pro 2.3 litrlik turbo dizel mühərriklə təchiz olunub. Mühərrik 177 a.g. güc və 450 Nm fırlanma anı hasil edir və 8 pilləli ZF avtomatik transmissiya ilə birləşdirilib.
Modelin 4×4 ötürmə sistemində BorgWarner texnologiyası və arxa diferensial kilidi istifadə olunur. 4L rejimində ön və arxa çıxışlar arasında fırlanma anının 1:1 nisbətində ötürülməsi aşağı sürətli yolsuzluq hərəkətləri üçün nəzərdə tutulub.
Pikapın texniki təchizatına 255 mm klirens, K-MAN azot amortizatorları və BFGoodrich 285/70 R17 təkərləri də daxildir. Grand Avenue Pro 860 kq yük götürmə qabiliyyəti ilə funksionallığı da təmin edir.
Modelin texniki göstəriciləri onu həm gündəlik istifadə, həm də yolsuzluq və aktiv həyat tərzi üçün uyğunlaşdırılmış çoxfunksiyalı pikap kimi xarakterizə edir.